02.07.2019-cu il tarixdə xocalıların kompakt şəkildə
müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində polis
işçilərinin peşə bayramı münasibətilə ümumrayon tədbiri keçirildi.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar
Usubov, millət vəkili Elman Məmmədov, hüquq – mühafizə orqanları, idarə və müəssisə
rəhbərləri və rayonumuzun polis əməkdaşları iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə “Heydər” parkında
ucaldılan Ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzdülər,
dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirdilər.
Xocalı rayon Polis Şöbəsinin inzibati binasının həyətində
davam edən tədbirdə Dövlət Himnimiz oxundu.
Sonra Ulu öndər Heydər Əliyevin və topraqlarımızın suverenliyi
və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik
sükutla yad edildi.
Azərbaycan polisinin yaranması və hazırkı fəaliyyəti,
Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun təbrik məktubunu və
müvafiq əmrini oxumaq üçün məruzə ilə söz Xocalı
RPŞ-nin rəis köməkçisi, polis polkovnik leytenantı Məzahir Qəhrəmanova
verildi. Məruzəçi bildirdi ki, 1918-ci ilin may aynının 27-də Tiflis şəhərində
Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası yaradıldı. 28 mayda isə “İstiqlal
bəyannaməsi” elan olundu. Azərbaycan Xalq Cümhuriyyəti yaradılmaqla Fətəli Xan
Xoskinin başçılığı ilə hökumət təşkil edildi. Bu hökumət eyni zamanda cümhuriyyətin
ilk Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərdi.
1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra
Vətənimizin torpaqlarına göz dikmiş işğalçı daşnaklarına qarşı müharibədə Azərbaocan
polisi bir əsgər kimi əldə silah daim ön sıralarda olmuşdur. Azərbaycan polisi
Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal
iştirak edib. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin
931 nəfəri bu müharibədə şəhid olub. Bunlardan 67 nəfərinə “Azərbaycanın Milli
Qəhrəmanı” fəxri adı verilmiş, 86 əməkdaşa “Azərbaycan Bayrağı” ordeni, 247 əməkdaş
isə müxtəlif orden və medallarla təltif edilmişdir.
1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın
təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra daxili işlər orqanlarının həyatında
ciddi dəyişikliklər baş vermiş, polisdə təmizləmə işləri aparılmış, işdə böyük
dönüş yardılmışdır.
1998-ci ilin may ayının 24-də müstəqil Azərbaycan
Respublikasının Prezidenti, dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan
polisinin təsis edilməsi haqqında fərmanına əsasən 1918-ci ildə Azərbaycan Xalq
Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis
etdiyi - 2 iyul Azərbaycan polisi günü
elan olunmuşdur.
1993-cü ildən polisdə baş vermiş mənəvi dəyişikliklər,
dövlətə və dövlətçiliyə sədaqət, nikbinlik və təmizlik məhz Heydər Əliyevin adı
ilə bağlıdır. Heydər Əliyevlə başlanan həmin çətin və şərəfli quruculuq və
inkişaf bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd etməliyəm ki, Xocalı rayon Polis Şöbəsinin
yaranma tarixi 1990-cı ilə təsadüf edir. Belə ki, tarixlər boyu bizimlə
çiyin-çiyinə yaşamış, çörəyimizi yeyib, suyumuzu içib sonda bizə qarşı
nankorluq edən erməni qonşularımızın torpaqlarımıza və soydaşlarımıza qarşı təcavüz
zamanı, vətəndaşlarımızın silahlı basqınlardan qorunmaq məqsədilə Xocalı polisi
yaradıldı.
Yarandığı ilk gündən erməni silahlı qüvvələrinə
qarşı aparılan döyüş əməliyyatlarında yaxından iştirak etmişdir. Xocalı faciəsi
zamanı xalqımıza qarşı törədilən soyqırım əməkdaşlarımızın gözünü qırmadı,əksinə
onlar silaha sarılaraq Ağdam rayonun Güllücə, Göytəpə, Qərvənd kəndləri uğrunda
gedən döyüşlərdə yaxından iştirak edərək qeyri bərabər döyüşlərdə 29 nəfər şəhid
olmuş, 28 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanmışdır.
Ulu öndərimizin hakimiyyətə qayıdışından sonra bir
sıra əməkdaşlarımız dövlət mükafatları ilə təltif olunmuşdur. Belə ki, 4 nəfər
Milli Qəhrəman, 2 nəfər “Azərbaycan bayrağı”, 2 nəfər “İgidliyə görə” medalı ilə
təltif olunmuşdur. Hal-hazırda şöbəmizdə 10 veteran əməkdaşı xidmət edir.
Hazırda
DİN-in müavafiq əmrinə əsasən, 2003-cü ildən Xocalı polisi Goranboy rayonunun
Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərir və əməkdaşlarımız öz xidməti vəzifələrini
layiqincə yerinə yetirirlər.
Daha sonra Xocalı rayon prokuroru Kamran Məmmədov, “N”
saylı hərbi hissənin komandiri polkovnik Taleh Məşədiyev, millət vəkili Elman Məmmədov
çıxışlarında qeyd etdilər ki, Qarabağ müharibəsində Azərbaycan polisinin əməkdaşları
düşmənə qarşı ləyaqətlə vuruşdular. Çıxışlarda bildirildi ki, Azərbaycan dövləti
öz inkişafına, iqtisadi göstəricisinə və digər paremetrlərinə görə beynəlxalq səviyyədə
tanınan bir dövlətdir. Hər bir dövlət üçün hüquq-mühafizə orqanlarının, xüsusən
də polis orqanlarının güclü olması vacibdir. Azərbaycanda daxili təhlükəsizliyin
qorunması, ictimai asayişin bərqərar olunması, insan hüquq və azadlıqlarının
qorunması yüksək səviyyədə həyata keçirilir. Natiqlər əminliklə vurğuladılar
ki, Xocalıda yaranan Xocalı polisi yaxın zamanlarda Ali Baş Komandamızın rəhbərliyi
altında çalacağımız qələbə nəticəsində yenidən doğma torpaqlarımızda öz xidmətini
davam etdirəcək.
Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin
başçısı Şahmar Usubov Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışdı. Ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polis əməkdaşlarının xidmətindən, dövlətin hüquq-mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açdı.
Rayonumuzun rəhbəri qeyd etdi ki, Azərbaycanda mütəmadi
mötəbər beynəlxalq tədbirlər keçirilir. Azərbaycanda iqtisadi inkişafla
yanaşı, daxil sabitliyin, təhlükəsizliyin yüksək olması beynəlxalq tədbirlərə
ev sahibliyi etmək haqqını verir. Bunun nəticəsi olaraq ölkəmizə çoxlu sayda
qonaqlar gəlir. Azərbaycan polisi ölkəmizdə keçirilən idman yarışlarının və digər
tədbirlərin keçirilməsində öz vəzifələrini bir vətəndaş kimi yüksək səviyyədə
yerinə yetirirlər.
Şahmar Usubov bildirdi ki, Cənab Prezidentimizin yaxınlarda imzaladığı Sərəncamla - Ramil Usubovun ali vəzifəyə təyin olunması
və onun əvəzinə polis orqanlarında uzun müddət işləyən Vilayət Eyvazovun nazir
təyin olunması Azərbaycan polisinə verilən yüksək qiymətdir.
Xocalı rayonundan polis orqanlarında çoxlu sayda əməkdaş
xidmət alır. Rayonumuzda demək olar ki, hər bir ailənin polis orqanları ilə
bağlılığı var. Ona görə də bu bayram hər kəsi təbrik edirəm.
Xocalı rayon Polis Şöbəsinin rəisi Eldar Bağırov tədbir
iştirakçılarına şəxsi heyət və öz adından minnətdarlığını bildirdi.
Tədbir təntənəli keçidlə yekunlaşdı.